Maraqlı

Məşhur rəssamın əsər auksionda 9.9 milyon funt-sterlinqə satılıb

6 Oktyabr 2019 00:45
0 Şərh     Baxış: 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı qraffiti rəssamı Benksinin Britaniya parlamentinin üzvlərini təsvir edən "Devolved Parliament" ("Deqradasiya etmiş parlament") əsəri auksionda 9.9 milyon funt-sterlinqə satılıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yağlı boyalarla kətan üzərində çəkilmiş tablo 2009-cu ildə hazırlanıb. Əsər rəssamın kətan üzərindəki ən böyük işidir və bu günədək satılan ən bahalı rəsm əsəridir. 4x2,5 metr ölçüdə tabloda Britaniya parlamentinin İcmalar Palatası təsvir edilib, lakin parlament skamyalarında, qalereyada və sədrin kreslosunda şimpanze və oranqutanqlar oturub. Benksi "Devolved Parliament" əsərini 2009-cu ildə Bristol Muzeyində sərgi üçün yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.