Maraqlı

“Wi-Fi” siqnalları divar arxasındakı adamı müəyyənləşdirib - VİDEO

5 Oktyabr 2019 08:11
0 Şərh     Baxış: 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kaliforniya Universitetinin mühəndisləri "Wi-Fi" siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar. Tədqiqat universitetin saytında dərc edilib.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "XModal-ID" adlı metod bir-birindən uzaq iki "Wi-Fi" siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur. Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar ondan "Wi-Fi" siqnallarının əks edilməsinin modelləşdirilməsi üçün istifadə olunur.
 
Eksperiment zamanı metod səkkiz könüllünün üzərində sınaqdan keçirilib. "XModal-ID" sistemi ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib. "XModal-ID" alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir.
 
Texnologiyanın köməyi ilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcəklər. Məsələn, insan müşahidə kameralarına düşərək sifəti görünməz olanda qanun keşikçiləri onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər. 
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.