Maraqlı

"Twitter"in işində nasazlıqlar yaranıb

2 Oktyabr 2019 08:26
0 Şərh     Baxış: 515
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Twitter" sosial şəbəkəsi çərşənbə axşamı bir neçə ölkədə nasazlıqlarla işləyirdi.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin səhifəsində bildirilib.

Qeyd edək ki, ən çox Yaponiyada və ABŞ-da istifadəçilər problemlərdən şikayətlənirlər. Bundan əlavə, İngiltərədə, Almaniyada, Fransada və digər Avropa ölkələrində nasazıqlarla qarşılaşıblar. Rusiyada nasazıqlar ən çox Moskva sakinləri tərəfindən bildirilir.

Xidmətə görə, əksər istifadəçilər saytın işində problemlərlə qarşılaşırlar(təxminən 62%), təxminən 27% "Apple" cihazları üçün mobil tətbiqetmələrin işindən şikayət edir, digər 9% isə hesablarına daxil ola bilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.