Maraqlı

iPhone 11 Pro Max'ın maya dəyəri nə qədərdir?

3 Oktyabr 2019 08:15
0 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni iPhone 11 Pro Max artıq bir sıra testlərdən keçib. İndi isə Techinsights saytı sözügedən smartfonu hissələrə ayıraraq onun maya dəyərini öyrənib. Beləliklə mütəxəssislərin hesablamalarına əsasən yeni iPhone 11 Pro Max-ın maya dəyəri 490.5$ təşkil edir. Bu isə keçən ilki iPhone XS Max-ın maya dəyərindən daha yüksəkdir.

Milli.Az technote.az-a istinadən bildirir ki, keçən ilki iPhone XS Max-ın maya dəyəri 443$ təşkil edir. Buna baxmayaraq smartfonun istehsal qiyməti ilə onun satış qiyməti arasındakı fərq olduğu kimi qalır. Yəni smartfon ikiqat baha qiymətə satılır.

    Qeyd etmək lazımdır ki, iPhone 11 Pro Max-ın qiyməti 1099$-dan başlayır. Mütəxəssislər bildiriblər ki, sözügedən smartfonun ən bahalı hissəsi məhz üçlü arxa kameradır. Onun qiyməti 73.5$ təşkil edir. Növbəti ən bahalı komponentlər isə ekran (66.5$) və Apple A13 (64$) prosessorudur. Yeni iPhone-nun maya dəyəri özündə yalnız smartfonun daxili komponentlərinin qiymətlərini birləşdirir. Yəni smartfonun maya dəyəri göstəricisinə tədqiqat, reklam və s. kimi xərclər daxil deyil. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.