Maraqlı

Formula 1-də standart tormozlara keçidi təxirə salıblar

3 Oktyabr 2019 23:15
0 Şərh     Baxış: 536
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Avtomobil Federasiyasından (FIA) bildiriblər ki, 2021-ci ilə planlaşdırılan tormoz sistemlərinin vahid tədarükçüsünə keçid daha gec müddətə təxirə salınıb.

Milli.Az AZƏRTAC -a istinad edərək xəbər verir ki, federasiya kənar istehsalçıdan vahid nümunədə tormozların çempionatda istifadəsinin komandaların xərcini azaltmağa kömək edəcəyinə ümidvardır. FIA-da belə tədarükçünün İtaliyanın "Brembo" şirkəti ola biləcəyinə meyilli idilər. Lakin bu gün dərc olunan bəyanatda bildirilir ki, 2021-ci ildə - Formula 1 yürüşlərində yeni reqlament qüvvəyə minən zaman tormozların vahid tədarükçüsü əvvəlki kimi mövcud olmayacaq.

FIA-da bunu onunla izah ediblər ki, yeni reqlamentə uyğun quraşdırılan bolidlərin reallıqda necə mövcud olacağı barədə hələ dəqiq anlayış yoxdur. Federasiyada onu da əlavə ediblər ki, 2021-ci il mövsümün gedişində tormozlara yeni tələbatlar bəlli olacaq. Bundan sonra isə tormozların vahid tədarükçüsünə keçid məsələsi yenidən gündəmdə ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.