Maraqlı

11 polis azyaşlı voleybolçunu zorladı

27 Sentyabr 2019 13:19
0 Şərh     Baxış: 2 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Krasnodar vilayətinin Anapa şəhərində zorlanma hadisəsi baş verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 17 yaşlı voleybolçu axşam saatlarında bir oğlan dostu ilə söhbət edərkən polis əməkdaşları onlara yaxınlaşıb. Uzun söhbətdən sonra onlar oğlanı buraxaraq, voleybolçu qızı bölməyə aparıblar.

İddiaya görə, bölməyə aparılan qıza qarşı 11 polis işçisi seksual xarakterli hərəkətlər ediblər. Onlardan ikisi isə onu cinsi əlaqəyə girməyə zorlayıblar

Hadisə Anapa şəhərindəki Vityazevo kəndində (Krasnodar diyarı) avqustun 26-sı gecə baş verib.

Hadisədən sonra 11 polis əməkdaşı müxtəlif intizam cəzalarına məruz qalıblar. Cinayətdə şübhəli bilinən 2 nəfər və patrul xidmətinin  4 əməkdaşı polis sıralarından qovulublar.

TASS agentliyi xəbər verir ki, bu barədə sentyabrın 23-ü Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat yayıb.

Bundan başqa, Anapa DİN rəisi və ictimai asayişin qorunması üzrə müavini də vəzifələrindən azad edliblər.

Cinayətdə təqsirli bilinən polislər  həbs edilib. Onlara Rusiya Federasiyası Cinayət Məcəlləsinin 133-cü maddəsinin 2-ci hissəsi ("Yetkinlik yaşına çatmayana qarşı cinsi hərəkətlərə məcbur etmə") ilə cinayət işi açılıb.

Şübhəlilər idmançı ilə cinsi əlaqə faktını rədd edir.

Əgər polislərin əməlləri sübüta yetirilərsə, onları 5 ilə qədər həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.