Maraqlı

"Instagram"da yeni fırıldaq AŞKAR EDİLDİ

27 Sentyabr 2019 12:34
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kibertəhlükəsizlik məsələləri ilə məşğul olan "Naked Security" şirkətinin mütəxəssisləri "Instagram" sosial şəbəkəsində yeni fırıldaqçılıq üsulu aşkarlayıblar.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, mütəxəssislərin məlumatına görə, əvvəlcə istifadəçilərin poçtuna əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar onların "Instagram" hesabının 24 saat sonra bloklanacağı barədə elektron məktub göndərilir.

Ekspertlər məktubun çoxlu qrammatik səhvlərə yol verilməklə tərtib olunmasına diqqət yetiriblər.

Bildirilir ki, məktubda aktiv keçidə malik "Copyright Objection Form" (Əqli mülkiyyət hüquqlarının pozulmasına etiraz forması) adlı düymə yer alıb. İstifadəçiyə hesabın bloklanmaması üçün onun üzərinə basmaq təklif olunur. Düyməyə basılan zaman "Instagram"da elektron ünvanı ".com" ilə deyil, ".cf" ilə bitən saxta səhifəyə keçid baş verir.

Səhifədə istifadəçiyə doğum tarixi, elektron poçt ünvanı və "Instagram" parolunun daxil edilməsi təklif olunur. Daha sonra bu məlumatları daxil edən istifadəçi "Instagram" şəbəkəsində mövcud olan profil səhifəsinə yönləndirilir.

Ekspertlər tərəfindən istifadəçilərə elektron poçta daxil olan məktubları diqqətlə oxumaq və hesab parolunun oğurlanması zamanı onu ələ keçirməyi çətinləşdirən ikifaktorlu autentifikasiyadan istifadə tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.