Maraqlı

İlk avtoritet qadın: Övladını “hamam oğlu”na çevirən 21 nəfəri baltalayıb

23 Sentyabr 2019 20:09
3 Şərh     Baxış: 3 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Osmanlı dövründə dünyanı yaxınlarına dar edən, 12 yaşlı oğlu üçün 21 nəfəri baltalayan "Baltalı Hano"nun əsl adı Hanzadə olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Hanzadənin həm sevgilisi, həm özü avtoritet idi. Baltalı Hano tarixə ilk qadın avtoritet olaraq düşüb. 

Bir gün avtoritetin 12 yaşlı oğlu itir. Qadın oğlunu axtarmaq istəsə də, sevgilisi buna imkan vermir. Hanzadə kişi cildinə girərək sevgilisini izləməyə başlayır.

O, izlədiyi müddətcə sevgilisinin xərac topladığını, gecə isə hamama getdiyini görür. Qadın hamama daxil olur və sevgilisinin oğlunu başqalarına sataraq, "hamam oğlu"na çevirdiyinin şahidi olur. 

Hanzadə buna çox əsəbiləşir və hamamı isitmək üçün nəzərdə tutulan odunların yanından balta götürərək hamamdakı 21 nəfəri öldürür.

Bundan sonra oğlunu da götürərək üst-başı qanlı halda məhəlləsinə qayıdır. 17 ay ərzində hər kəsə qan uddurur. Daha sonra törətdiyi cinayətlərə görə yaxalanaraq güllələnir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.