Maraqlı

Bu ölkədə "Bir gün avtomobilsiz" aksiyası həyata keçirilib

23 Sentyabr 2019 21:54
0 Şərh     Baxış: 1 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçikanın 22 şəhərində, həmçinin ölkə paytaxtının üç mərkəzi bələdiyyəsində "Bir gün avtomobilsiz" aksiyası keçirilib.

Həmin gün şəhərin küçələrinə elektromobil və təcili yardım xidməti - polis, yanğınsöndürən və "tibb yardımı" maşınlarından savayı digər avtomobillərin çıxarılması qadağan edilib. Minlərlə şəhər sakini küçələrə özlərinin velosiped, rolik və samokatında çıxıb. Bəzilərini bunu, necə deyərlər, ailəlikcə edib.

Milli.Az xəbər verir ki, Brüqqe meriyasında bu gün AZƏRTAC-a bildiriblər ki, şəhər hakimiyyət orqanlarının bu qərarı "Gələcək üçün cümə günləri" ekoloji hərəkatının ötən cümə bütün Avropa üzrə keçirilən nümayiş dalğasına bir növ reaksiyadır. Məmurlar, həmçinin qeyd ediblər ki, bu pilot layihəsi uğurla nəticələnərsə, o halda aksiyalar gələcəkdə də təkrarlanacaq.

Yeri gəlmişkən, oxşar ekoloji eksperimentlərin Azərbaycanın bir sıra şəhərlərində keçirilməsinin vaxtı deyilmi? Necə deyərlər, işin əvvəli çətin olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.