Maraqlı

Yox olmuş buzlağın xatirəsinə matəm yürüşü keçirilib

23 Sentyabr 2019 21:35
2 Şərh     Baxış: 1 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrədə ekoaktivistlər qeyri-adi aksiya həyata keçiriblər. Onlar artıq əriyib yox olmuş Pitsol buzlağının xatirəsinə matəm yürüşünə çıxıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Lixtenşteyn ilə sərhəd bölgədə yerləşən buzlaq 2006-cı ildən indiyədək öz kütləsinin 80-90 faizini itirib və hazırda cəmi dörd futbol stadionu qədər sahəyə malikdir. İsveçrə İqlim Mühafizəsi Birliyinin təmsilçisi Alessandra Deciakominin sözlərinə görə, 1893-cü ildən tədqiq edilən buzlağın kütləsi o qədər kiçilib ki, onu artıq elmi nöqteyi-nəzərdən buzlaqlar kateqoriyasına daxil etmək mümkün deyil.

Dəniz səviyyəsindən təxminən 2700 metr yüksəkdə yerləşən Pitsol buzlağı İsveçrədə qlobal istiləşmənin qurbanına çevrilən yeganə buzlaq deyil. Alimlərin hesablamalarına görə, 1850-ci ildən indiyədək bu ölkə ərazisində yerləşən 500-dən artıq buzlaq əriyərək yox olub. Onlardan çoxunun heç adı belə olmasa da, Pistol kimi elmə yaxşı məlum olan və alimlər tərəfindən əsaslı tədqiq edilmiş bir buzlağın yox olması medial və simvolik xarakter daşıyır.

Qeyd edilməlidir ki, Alp dağlarında hazırda dörd min buzlaq mövcuddur. Qlobal istiləşmə ilə bağlı vəziyyət hazırkı templə davam edərsə, o zaman əsrimizin sonunadək onların 90 faizi əriyərək yox ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.