Maraqlı

"Instagram"da çoxdan gözlənilən DƏYİŞİKLİK

23 Sentyabr 2019 13:12
0 Şərh     Baxış: 1 225
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur sosial media platforması olan "Instagram"da çoxdan gözlənilən dəyişiklik istifadəyə verilib. Yeni dəyişikliklə artıq paylaşımları planlaşdırmaq mümkün olacaq.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, xüsusən sosial media menecerlərinin işini asanlaşdıracaq yenilik "Facebook"un Beynəlxalq Yayım Müqaviləsi çərçivəsində ictimaiyyətə açıqlanıb.

Dəyişiklikdən bütün şəbəkə istifadəçiləri yararlana bilərlər.

Bəs "Instagram" üzərindən paylaşımları necə planlaşdırmaq olar?

Bunun üçün "Facebook"da qeydiyyatda olmaq lazımdır. Ardınca "Instagram" səhifənizi açıb "Paylaşım yarat" seçimini etmək tələb olunur. Burada qarşınıza "Zamanla" seçimi çıxır. Bu seçimlə postunuzu istənilən tarixə planlaşdıra bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.