Maraqlı

"İlk milyonu cins alveri ilə qazandım..." - Rusiyalı milyarder

22 Sentyabr 2019 15:21
0 Şərh     Baxış: 1 343
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı oliqarx Mixail Proxorov tələbəlik illərində ilk milyon rubl qazancını cins ticarəti ilə məşğul olmaqla əldə etdiyini açıqlayıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, o "Pozner Online" saytına müsahibə verib.

"İnstitutda oxuyurdum, səhərlər tezdən vağzala vaqonları boşaltmağa gedirdik. Orada xoşbəxtlikdən bizim üçün əməkdaşlıqla bağlı xüsusi bir qanun meydana gəldi. Və çox düşünmədən, yarım ildən sonra "varyonka" tipli cins ticarəti ilə məşğul olan kooperativ açdıq. Yadınızdadırsa, o vaxt "varyonka" çox dəbli cins idi. "Varyonka" növünə uyğun öz cins geyimlərimizi istehsal etdik. Beləliklə, "varyonka" istehsalından ilk milyon rubl qazandım",- deyə rusiyalı oliqarx çox qürur duyduğunu və öz xoşbəxtçiliyinə hələ də inana bilmədiyini bildirib.

Məlumatda bildirilir ki, 2012-ci ildə Rusiyada prezidentliyə namizədliyini irəli sürən Mixail Proxorovun hazırda sərvəti 9,8 milyard ABŞ dollarıdır.

Qeyd edilir ki, ötən yay Moskvanın Lublin Rayon Məhkəməsi bloger Aleksey Navalnının İddiaya görə, Mixail Proxorovun şərəf və ləyaqətinin aşağılanması ilə bağlı iddiasını təmin edib. Bloger iş adamının rüşvət verməsi ilə bağlı iddiasını təkzib etməli və ona bir rubl mənəvi təzminat ödəməlidir. Navalnı və Proxorovun davalarının səbəbi iş adamının Rusiya Baş nazirinin keçmiş müavini Aleksandr Xloponinə rüşvət verməsi ilə bağlı blogerin "YouTube"da video paylaşaraq ittiham etməsi olub. Məhkəmə Navalnıya bu ifadəni təkzib etməyi tapşırıb. Eyni zamanda Proxorova bir rubl məbləğində mənəvi təzminat ödəməsini tələb edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.