Maraqlı

Denervasiya sindromu

21 Sentyabr 2019 23:05
0 Şərh     Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Orqan və toxumaların sinirdən məhrum edilməsi ilə əlaqədar olan dəyişikliklər denervasiya sindromu adlanır.Denervasiya 2 yolla yarana bilir:
- anatomik
- kimyəvi
Anatomik denervasiya orqan və ya toxumanın bütün sinirlərinin kəsilməsindən ibarətdir.Əslində toxumanı tamamilə sinirlərdən məhrum etmək mümkün deyil.Çünki,damarları qidalandıran damarların divarında da sinir lifləri olur.
Kimyəvi denervasiya sinir liflərində və sinir hüceyrələrində maddələr mübadiləsinin sürətini kəskin şəkildə azaldan amillərin təsiri ilə əmələ gəlir.Bu amillərə bir sıra kimyəvi və farmokoloji maddələr impulsların nəqledilməsinin qarşısını alır.Bunlara aiddir:
- nikotin
- atropin
- novakain
- etil spirti
- tubokurorin
- fenol
Kimyəvi denerevasiya üsullarından kliniki şəraitdə nevrit və nevralgiyaların müalicəsi zamanı istifadə edilir.
Denerevasiyanın əlamətləri hərəki,trofik və hissi pozğunluqlardan ibarətdiur.Bu pozğunluqlara iflic,kontraktura,hiperkinezlər aiddir.Ən çox ağır devnerfasiya dəyişikliklərinə dəri,selikli qişaların epitel təbəqəsi və skelet əzələləri məruz qalır.Bu zaman onlarda aşağıdakı dəyişikliklər baş verir:
- maddələr mübadiləsi kəskin pozulur
- dərin funksional dəyişikliklər baş verir
- morfoloji pozulmalar meydana çıxır
- dəridə xoralar əmələ gəlir
- tüklər inkişafdan qalır
- qan dövranı pozulur
Daxili orqanlarda baş verən denervasiya isə qısa bir zamanda bərpa edilir.Bu hadisənin baş verə səbəbi tam aydınlaşmayıb.Bəzi mütəxəssislər daxili orqanlarda denervasioya prosesinin asanlıqla bərpa olnmasının səbəbini zədəyə uğramış toxumada sərbəst reseptorların sayının artması ilə əlaqələndirirlər.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.