Maraqlı

Airbnb 2020-ci ildə IPO keçirtməyi planlaşdırır

21 Sentyabr 2019 08:55
0 Şərh     Baxış: 616
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qısamüddətli ev kirayəsi sahəsində fəaliyyət göstərən Airbnb şirkəti səhmlərin birjada ilkin yerləşdirilməsini 2020-ci ildə keçirtməyi planlaşdırır. Bu barədə şirkətin bəyanatına istinadən Vc.ru saytı xəbər verib. 18 sentyabr tarixində şirkət bildirdi ki, bu ilin ikinci rüb göstəricilərinə əsasən ilk 3 ay ərzində əldə olunmuş ümumi gəlirin miqdarı şirkət tarixində ikinci dəfə 1 milyard dolları keçib. Lakin şirkət gəlirli olub-olmaması barəsində bir məlumat verməyib.

Milli.Az techland.az-a istinadən bildirir ki, 2008-ci ildə istifadəyə verildiyi vaxtdan bəri bu servisdə öz evlərini kirayə vermiş istifadəçilər ümumilikdə 80 milyard dollar vəsait qazanblar. Hal hazırda Airbnb-nin bazasında bütün dünya üzrə 100.000-ə yaxın şəhərdə 7 milyon daşınmaz əmlak var. Şirkət öz IPO-nun hansı formatda keçirilməsi barəsində məlumat verməyib. Lakin Reuters saytının məlumatlarına əsasən şirkət birbaşa listinq keçirtməyi planlaşdırır. Bu halda səhmlər investorların iştirakı ilə keçirilən ön satışlar olmadan azad satışa buraxılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.