Maraqlı

"İnsan öz hislərini keçmişdə olsa belə dilə gətirməməlidir'"

20 Sentyabr 2019 10:04
0 Şərh     Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinan Akçıl keçən həftə boşandığı Burcu Kıratlı və Ferhat Göçer ilə bağlı açıqlama verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, aktrisa olan sevgilisi Burcu Kıratlı ilə 9 ay əvvəl evlənmişdi. Eşq həyatı ilə tez-tez gündəmə gələn Sinanın evlənməsi fanatlarını təəccübləndirmişdi.

Cütlük keçən həftə boşanaraq yollarını ayırıb. Sinan məhkəmədən çıxanda müsahibə verən zaman ''hər həs üçün xeyirlisi olsun, biz anlaşaraq ayrılmışıq'' sözlərini deyib.

Boşanmadan sonra Sinan Akçıl yerli televiziya proqramlarının birində qonaq olarkən bəzi suallara aydınlıq gətirmişdi. Aparıcının ''Burcu ilə inadlaşma səbəbindənmi ayrıldınız?'' sualına cavab vermək istəməyərək, ''məncə, insan öz hislərini keçmişdə olsa belə dilə gətirməməlidir'' cavabını verib. Bu arada müğənni Fərhat Göçerlə yaşadığı problemlə bağlı da açıqlama verib.

Belə ki Burcu ilə evli olduğu zaman iştirak etdikləri toyda Ferhat Göçer mikrofonu alaraq Sinanın keçmiş sevgilisi Hadisə haqqında danışıb. Bu davranış Sinanın xoşuna gəlməyib və Ferhat haqqında ''hədsiz'' sözünü işlədib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.