Maraqlı

Kıvanç Tatlıtuğun başı dərddə: beş il həbs oluna bilər

19 Sentyabr 2019 19:04
0 Şərh     Baxış: 988
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kıvanç Tatlıtuğ vergidən yayındığı üçün yenidən hakim qarşısına çıxıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məşhur aktyora beş il həbs cəzası verilə bilər.

Məhkəmədə vəkili ilə birlikdə ifadə verən K.Tatlıtuğ maliyyə müşaviri tərəfindən aldadıldığını bildirib. 

Məşhur aktyor qeyd edib ki, müşaviri onunla bərabər, bir neçə sənət yoldaşına da ziyan vurub. Hazırda həmin şəxs qaçıb gizlənir. 

K.Tatlıtuğ bunu həm dövlətə, həm də ona edilən pislik kimi qəbul edir. Günahkarın tezliklə cəzalandırılmasını istəyir.

Məhkəmə K.Tatlıtuğun maliyyə müşaviri Erdal Doğan haqqında söylədiyi iddiaları araşdırmaq üçün vaxtı fevral ayına qədər uzadıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.