Maraqlı

Cem Yılmaz erməni rəssamın əsərlərinə 86 min dollar verdi

19 Sentyabr 2019 14:19
9 Şərh     Baxış: 1 309
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur komediya aktyoru Cem Yılmaz erməni rəssam Daron Mouradyanın iki tablosunu satın alıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Galeri 77" sərgisinə baş çəkən aktyor rəssamın "Pequod" adlı tablosuna 66 min, "Portre 4"ə isə 20 min dollar pul ödəyib.

Cem yeni aldığı əsərin fotosunu İnstaqram səhifəsində paylaşıb.

Qeyd edək ki, C.Yılmaz ABŞ daxil olmaqla bir çox ölkələrin, eləcə də Ermənistanın incəsənət nümayəndələrinin əsərlərinə sərmayə qoyur. Onun böyük tablo kolleksiyası var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.