Maraqlı

Poliklinikalarda pulsuz tibbi xidmət ləğv edilir - Az qaldı

18 Sentyabr 2019 21:35
14 Şərh     Baxış: 2 787

İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək

Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri, gələn ildən ölkədə icbari tibbi sığorta (İTS) sisteminin tətbiqinə başlanacağıdır. Bu sistemin hansı formada tətbiq olunacağı, kimlərə şamil olunacağı və digər ayrıntılar barədə daha əvvəl məlumat vermişik.

Bu dəfə isə başqa suallara cavab tapmağa çalışdıq. Belə ki, Azərbaycanın dövlət xəstəxanalarında ödənişsiz tibbi xidmət mövcud olduğu halda, icbari tibbi xidmətə nə ehtiyac var? Dövlət xəstəxanalarında icbari tibbi sığorta sisteminə keçid olsa, proses necə təşkil olunacaq?

Milli.Az xəbər verir ki, AYNA-nın bu yöndə sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, İTS-in tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək:
 
"Çünki indiki halda onlara əhaliyə göstərdiyi tibbi xidmətlərin müqabilində ödəniş etmək olmur. Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin qanuna əsasən, publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır".

Agentlikdən verilən məlumata görə, 2017 və 2018-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinin müvafiq əmri ilə icbari tibbi sığortanın pilot layihə olaraq tətbiq edildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş Rayon Mərkəzi xəstəxanaları publik hüquqi şəxs statusu qazanıb:
 
"2020-ci ildən, yəni ölkə üzrə icbari tibbi sığortanın tətbiqindən sonra, digər dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması məsələsi Səhiyyə Nazirliyi tərəfindən tənzimlənəcək".

Milli.Az

loading...

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Anonimka · 18 Sentyabr 21:38210

    Güya ne vaxt olub ki,ömür boyu pullu olub

    Cavab yaz
  • Anonim
    Tovuzlu E · 18 Sentyabr 21:48180

    Hansisa xestexanada pulsuz tibbi xidmetmi vardi ki bir legv de olunur ?)

    Cavab yaz
    • Anonim
      Bakım mənim · 19 Sentyabr 03:2050

      Əfsuslar olsun ki,indi salamı belə pulla alırlar.Pulun yoxdursa,yıxıl öl!

      Cavab yaz
  • Anonim
    )) · 18 Sentyabr 22:29120

    Bir yaşima daha girdim))gostərdikləri tibbi xidmətə gorə pul ala bilmirlə mişş)) hansi poliklinikadi o deyin gedək tez qanun quvvəyə minməmiş

    Cavab yaz
  • Anonim
    ALEKS❤ · 18 Sentyabr 22:34100

    Onsuz da həmişə pullu olub.bu dəyqə xəstəni apar o polikilinikalardan birinə.....xəstənin sahibi kimdi deyəcəklər.vay o gündənki pulun olmaya və ya kimsəsiz ola.bax onda doğrudanda Qəribi ağlamaq tutacaq:anan ölsün ay Ramazan....

    Cavab yaz
  • Anonim
    Sako · 18 Sentyabr 22:36110

    Hacan pulsuz olubki ??? Vayy xeberim olmuyubee

    Cavab yaz
  • Anonim
    Zuni · 18 Sentyabr 22:4880

    İndi neyleyek?Gülek?

    Cavab yaz
  • Anonim
    TT · 18 Sentyabr 23:04130

    Nə pulsuz? Eee səhiyyə varki pulsuzda ola? Həkim tapmaq olur ki? Adi diş ağrıyandada gərək ya bəxtə bəxt həkim tapasan ki heç olmasa hepatit tutmayasan.

    Cavab yaz
  • Anonim
    Samire · 18 Sentyabr 23:12121

    Eslinde ağlamalı veziyyetdi...Bir qohumumuz var, ankoloji xeste idi. Emeliyyat elediler, sonra da ximiya verdiler.Ve ilde bir neçe defe müayineye getmeli idi. Hemin qohum da ummilliyetle getmedi müayineye. Dedi ne olaram olaram. İnanın Allaha, Onkoloqiyadan bir defe de olsun zeng edib soruşmadılar ki, veziyyetiniz ne yerdedir, necesiniz. Amma Rusiyada onkololoji xestelere, o cümleden hamile qadınlara, hekimleri tez- tez zeng edib, hallarından xebardar olurlar. çünki rusların ve diger milletlerin mehsuliyyetleri var, mehsuliyyet daşıyırlar her bir şeye....Niye biz bele olduq göresen.?

    Cavab yaz
    • Anonim
      KMV · 18 Sentyabr 23:2851

      Menim halim pislesdi gece skoruyla getdim xestexanaya 9 da,novbede olan hekimler gece saat 1 de 4,5 nefer qrup tecili menden numune goturduler rak ola biler gecikdirmek olmaz.Ruslarda mesuliyyet var milliyete baxmirlar ozumunde tibbi sigortam var rusa neciyedirse menede o qiymeteSiz demia goresen bizimkiler ne vaxt pesesinin mesuliyyetini derk edecek goresen?

      Cavab yaz
  • Anonim
    Sena · 18 Sentyabr 23:2471

    Beli rasiyada ozder zeng edib deyillerki yoxlaniwa gelin .uwaq olur zeng edib uwaq baresinde soruwullar.pulsuz muayinelerden keciriller senedi olani tele sms gelirki gelin analizderden kecin.sograda deyiller ne tapibsiz rasiyada

    Cavab yaz
  • Anonim
    Sovet vətəndaşı · 19 Sentyabr 01:4940

    Olmayan bir şey necə ləğv edilir? Biri bana anlatsın.

    Cavab yaz
  • Anonim
    555 · 19 Sentyabr 07:0550

    Camaati gic yerine qoyurlar....pulsuz nese var yəni?

    Cavab yaz
  • Anonim
    Legenda · 19 Sentyabr 13:4300

    Pullu olub ? Guya nə dəyişəcək ? Həmişə pullu olubda.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.