Maraqlı

Mələklər ölə bilirmi?

21 Sentyabr 2019 19:55
1 Şərh     Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hədislərə əsasən bütün mələklər eləcə də Cəbrayil (ə), Mikayil (ə) və başqa mələklər Qiyamətdən əvvəl öləcəklər. Bəs onların ölümü necə olacaqdır? (Tebyan)

Mələklər çox lətif və şərəfli məxluqlardır. Çox sayda gözəl xüsusiyyətləri vardır. Heyvani sifətlərin onların varlığına yolu yoxdur. Onlar günah işlətmək qüdrətinə malik deyirdirlər. Ona görə də hər cür günahdan məsumdurlar. Lakin onlar bunu iradə və ixtiyarları ilə etmirlər, bəlkə buna məcburdurlar. Onların günah işlətmək üçün iradə və ixtiyarları yoxdur.

Hədislərin buyurduğuna görə, Allah mələkləri Peyğəmbərin (s) və İmamların (ə) ruhlarını xəlq edəndən sonra yaratmışdır. Ona görə də Allahın yaratdığı ilk nur Peyğəmbər (s) və Məsum İmamlar (ə) olmuşdur. Ondan sonra Allah yeri və göyü yaratdı və sonra da mələkləri.

Cabir ibn Abdullah nəql edir ki, Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Həqiqətən, Allah məni, Əlini (ə), Fatiməni (s.ə), Həsən (ə) və Hüseyni (ə) və İmamları (ə) bir nurdan xəql etmişdir. Ondan sonra bizim ardıcıllarımızın nurunu... Sonra yeri və göyü və mələkləri yaratdı".

Hədislərin buyurduğuna görə, Qiyamətdən əvvəl hər bir canlı öləcək və məhv olacaqdır. Eləcə də mələklər də öləcəkdir. Allah Təala Quranda bu haqda buyurur: "Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb baxacaqlar (və həmin günün Sahibinin əmrini gözləyəcəklər)". ("Zumər" 68).

Bu ayə buyurur ki, yerdə və göydə olanların hamısı öləcəkdir və bu da o deməkdir ki, mələklər də öləcəklər. Ancaq onların bəzisi istisna olmaqla. Bu ayədən belə başa düşmək olur ki, mələklərin bəzisi öləcək, lakin bəzisi istisna olaraq sağ qalacaqdır. Bəs bu istisna olanlar kimlərdir?

Bəzi təfsirçilərin nəzərinə görə bu, Allahın böyük mələkləridir. Cəbrayil (ə), Əzrayil (ə) kimi. Lakin bu ayə oxunan zaman insanlar bu sualı Peyğəmbərə (s) vermişdilər və Həzrət (s) də cavabında buyurmuşdu: "Cəbrayil (ə), Mikayil (ə), İsrafil (ə), və Ölüm Mələyi - məxluqların ruhu qəbz olan zaman onlar da Allahın əmri ilə bir-birinin ardınca öləcəklər". Başqa bir hədisdə isə ərşi həml edən mələklər də bu sıraya daxil olmuşdur.

Hədislərin birində oxuyuruq: "O zaman ki, İsrafil (ə) birinci suru çalar, ruhu olan hər bir məxluq ölər. Məgər İsrafildən (ə) başqa ki, o, da Allahın əmri ilə ölər".

Bəzi hədislər buyurur ki, hər kəs öləcək və yalnız Allah qalacaqdır.

Bəs mələklər üçün ölüm necə olur? Ölüm haqqında bizim bildiklərimiz mələklərə şamil olunmur. Çünki onların cısmi yoxdur ki, ruhları ondan xaric olsun. Onların ölümü haqqında bəzi ehtimallar vardır ki, onlara nəzər salaq:

- Onların ruhu misal bədənlərindən ayrılar.

- Ruhları fəaliyyətdən düşər və uzun müddət idrak etməzlər.

Beləliklə deyə bilərik ki, mələklər çox uzun ömürə malikdirlər, lakin bir gün gələcəkdir ki, onlar da öləcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.