Maraqlı

Zakirlərin əldə etdiyi mənfəətlər

21 Sentyabr 2019 23:50
2 Şərh     Baxış: 1 199
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allahla aşiqcəsinə rabitə qurmağın yollarından biri də zikrdir. Yəni, dil və ürəyi Allahın gözəl adları ilə bəzəmək və canlandırmaqdır. Davamlı edilən zikr ürəyin pasını və qabarını aradan aparar. Ona görə də zikri peyğəmbərlərin (ə) xüsusiyyətlərindən hesab edirlər. Həmçinin Quranın adlarından biri də zikrdir. "Həqiqətən bu zikri (Qur'anı) Biz nazil etdik və şübhəsiz, onu (təhrifdən, nəsx olunmaqdan və müddətinin sona çatmasından) Biz Özümüz qoruyarıq". ("Hicr" 9).

İlahi zikrin möcüzəvi təsirləri vardır və onların hər biri insan ruhunu və əxlaqını islah edər. İlahi zikr bəndə ilə Malikin mənəvi rabitəsidir.

İlahi zikrin gətirdiyi faydalara nəzər salaq:

1) Zikrin gətirdiyi ilk fayda odur ki, Allah insanı yada salar. "Buna görə də, Məni yada salın ki, Mən də sizi yada salım". ("Bəqərə" 152).

2) Ürəyi aydınladar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Əlinin (ə) oğlu İmam Həsənə (ə) tövsiyəsi bu idi ki, hər şeydən əvvəl ürəyin abadlığı ilə məşğul olsun. Ona görə Həzrət (ə) buyurur: "Oğlum! Səni təqvaya, Onun zikri ilə ürəyi və ruhu abad etməyə və İlahi kəndirə çəng vurmağını tövsiyə edirəm".

Ürəyi dirçəltməyin yolarından biri də zikrdir. İmam Əli (ə) buyurur: "Allah Təala Özünü yada salmağı ürəklərin cəlası qərar vermişdir ki, onun təsirindən qulaq ağırlıqdan sonra eşidər, göz görər və bu vasitə ilə düşmənlik və tərslikdən sonra ram olar".

3) Ürəyin rahatlığına səbəb olar.

Zikr insan ürəyini sakitləşdirər. "O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". ("Rəd" 28).

Qurani-Kərim pərişanlıq və iztirabı aparmağın tək yolunu İlahi zikrdə görür. Ancaq məqsəd ürək zikridir, dil deyil. Quranın nəzərinə görə ürək zikri dil zikri ilə eyni deyildir. "Şübhəsiz, bu Mənəm - tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!". ("Taha" 14). Hər kim namaz qılar, baxmayaraq dildə zikr deyər, lakin ürəyi bu zikri təsdiq edər. İmam Sadiq (ə) buyurur: "İnsanın ürəyi daxildən narahat olar, həqiqətdə Haqqı istəyər. O zaman ki, Haqqa çatar rahatlıq tapar".

4) Günahlar bağışlanar.

Zikrin gətirdiyi faydalardan biri də günahların bağışlanmasıdır. Quran buyurur: "Allaha çox zikr edən kişilər və qadınların hamısı üçün məğfirət (bağışlanmaq) və böyük bir mükafat hazırlamışdır!". ("Əhzab" 35). Mömin insan bəzən büdrəyir və bu zaman ürəyində narahatlıq yaranır. Günahların bağışlanması üçün yollar axtarır. Allah zikr vasitəsilə günahlarını bağışlayar.

"De: "Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!". ("Zumər" 53).

Əgər Allah bəndəsindən razı olmazsa, ona zikr etmək icazəsini verməz. Çünki Allah Təalanın gözəl adlarını dilinə gətirər. O kəslər ki, zakirdirlər, əmin olsunlar ki, Allah da onları zikr edir.

5) Fikir qüvvəsini kontrol edər.

Zikrin gətirdiyi faydalardan biri də fikir qüvvəsinin kontrol edilməsidir. Zakir insan bütün varlığını kontrol edər, həm batini və həm də xarici. İnsan bədəninin ən çox üsyan edən üzvü təfəkkürüdür. Bunu namazda aydın şəkildə dərk etmək olar. Ona görə də fikiri kontrol etməyin ən yaxşı yolu - zikrdir. Çoxlu zikr etmək tədricən insanı fikrini cəmləmək üçün güclü edər və iradə etdiyi hər şeyə düşünər. Fikiri üsyan etməkdən saxlayar.

6) Qəmi aradan aparar.

Bəzən insan yaxınlarını əldən verdiyi üçün qəm və qüssəyə düçar olur. Bu zaman İlahi zikr insana ən gözəl yardımçıdır. İnsanın bütün qəmini aradan aparar. Bəzən insan bir fürsəti əldən verdiyi üçün təəssüf hiss edər və bu zaman Allah buyurar: "(Bu,) əlinizdən çıxan şey üçün təəssüflənməməyiniz və sizə verilən şey üçün (yersiz) sevinməməyiniz üçün(dür)! Allah heç bir öyünən təkəbbürlünü sevmir". ("Hədid" 23).

Zakir elə bir məqama çata bilir ki, heç bir şeyə görə qəm yemir. Hər kim davamlı olaraq Allahı zikr edər, bilər ki, ancaq Ondan istəmək lazımdır. Onun lütf və kərəminə söykənmək lazımdır.

Həzrət Yəqub (ə) buyurur: "Dedi: "Mən öz ağır kədər və qüssəmdən (sizə deyil) yalnız Allaha şikayət edirəm və Allah tərəfindən sizin bilmədiyiniz bir şey (Yusufun diri olmasını) bilirəm". ("Yusif" 86).

Allah Təala bizi zakirlərdən qərar versin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.