Maraqlı

5 şeyin qədrini 5 şeydən əvvəl bilməli

21 Sentyabr 2019 19:50
0 Şərh     Baxış: 1 303
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Allahın biz insanlarla əta etdiyi gözəl nemətlərdən biri də sağlamlıqdır. İmam Əli (ə) buyurur: "Sağlamlıq - ən yaxşı nemətdir". Bizim əksər xəstəliklərimizin səbəbi - Allahın əmrlərinə və göstərişlərinə riayət etməməyimizdən qaynaqlanır. Əgər Əhli-beytin (ə) təlimlərinə diqqət edilsəydi, biz belə xəstəliklərə düçar olmazdıq. (Tebyan)

İslam dini hər bir şey üçün bir ədəb və qayda təyin etmişdir. Əgər onlara düzgün əməl edilərsə, çox sayda xəstəliklərin qarşısını almaq mümkün olar. Allah ona görə sağlamlıq nemətinin qədrini bilməyimizi istəyir ki, xəstə olmayaq.

İnsanın bədən sistemi elə proqramlaşdırılmışdır ki, bütün fərdi və ictimai gigiyenaya riayət olunan zaman xəstəliklərdən uzaq olursan. Lakin bəzən insan istəmədiyi halda xəstəliklə üzləşir.

Həzrət Peyğəmbər (s) buyurur: "Beş şeyin qədrini beş şeydən əvvəl bil: cavanlığının - qocalıqdan əvvəl, sağlamlığının - xəstəlikdən əvvəl, sərvətinin - yoxsulluqdan əvvəl, fürsəti - giriftar olmazdan əvvəl, həyatı - ölümdən əvvəl".

Əmirəl-möminin (ə) buyurur: "Dünyadakı sərmayəni yaddan çıxartma: sağlamlıq, güc, fürsət, cavanlıq, şad olmağı unutma ki, onlarla axirəti əldə edəsən".

İmam Sadiq (ə) buyurur: "Beş şey vardır ki, hər kimdə onun biri olmazsa davamlı olaraq həyatında çatışmamazlıq olar, ürəyi nigaran olar. 1. Sağlamlıq. 2. Təhlükəsizlik. 3. Çoxlu ruzi. 4. Həmrəy və birlikdə olanı". Soruşurlar ki, həmrəy və birlikdə olanı kimdir? Buyurur: "Həyat yoldaşı, övladları və yaxşı dostu. 5. Rifah və rahatlıq".

İmam Sadiq (ə) buyurur: "Sağlamlıq elə bir gizli nemətdir ki, o zamana qədər ki, var insan onu unudur və nə zaman onu əldən versə ardınca olar. Sağlamlıq elə bir nemətdir ki, insan onun şükründən acizdir".

İmam Rza (ə) buyurur: "İki dəstə həmişə xəstədirlər: o sağlam insan ki, pəhriz edər və pəhriz etməyən xəstə".

Bəli, sağlamlıq elə bir nemətdir ki, insan onu əldən verməyincə qədrini bilmir. Bunu qeyd etmək lazımdır ki, Allahın bizə verdiyi bütün nemətlər axirət səadətinə çatmaq üçündür. Sağlamlıq da bu cür nemətlərdən biridir. İmam Əli (ə) buyurur: "Elmin zəkatı - onu yaymaqdır, gözəlliyin zəkatı - iffətdir, bədənin zəkatı - cihaddır, sağlamlığın zəkatı - Allah bəndəliyi və itaəti yolunda səy etməkdir".

Şuəyb ibni Əqrquni nəql edir ki, bir gün İmam Sadiqə (ə) Əbuzərin bu sözlərini dedim: "Əbuzər demişdi: "İnsanlar üç şeyə nifrət edərlər və onlara qarşı kin bəsləyərlər. Halbuki, mən onları çox sevirəm: ölüm, yoxsulluq və bəla". İmam (ə) buyurdu: "Nəql etdiyin kimi deyildir, bəlkə belədir: Allaha itaət yolunda olan ölüm - mənim üçün Allaha günah işlətməklə olan həyatdan daha sevimlidir. Allaha itaətlə olan yoxsulluq - mənim üçün Allaha günah işlətməklə olan ehtiyacsızlıqdan daha sevimlidir. Allaha itaət yolunda bəla və xəstəliyə dözmək - mənim üçün Allaha günah işlətməklə olan sağlamlıqdan daha sevimlidir"".

Beləliklə deyə bilərik ki, Allaha itaətə doğru atılan hər bir addım - Onun nemətlərinə görə şükür etmək və təşəkkürdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.