Maraqlı

İblislə şeytanın fərqi nədir?

21 Sentyabr 2019 19:10
0 Şərh     Baxış: 906
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şeytan" sözü "şətən" sözündən götürülmüşdür ki, mənası "xeyirdən uzaqlaşmaq"dır. Bəzilərinin nəzərinə görə, şeytan deyildikdə üsyankar cinlər, insanlar və başqa canlılar nəzərdə tutulur. Həmçinin bu anlayış, şər ruha və haqdan uzaqlaşmağa da şamil edilir.

İblis - şeytandır, çünki əsas işi xeyiri insanlardan uzaqlaşdırmaq və fəsad törətməkdir. "İblis" sözü "bələs" sözündən götürülmüşdür ki, mənası "qürb məqamından qovulmuş" deməkdir.

İblis tək olan o şeytana aid edilir ki, bütün şərlərin başında o dayanır. Ancaq şeytan dedikdə ümumi məna nəzərdə tutulur. O varlıq ki, Allaha itaətsizlik edər və üsyan edər, istər cin olsun, istərsə də insan - şeytan adlandırılır.

Şeytanın (lən) əsil hədəfi - insanları aldatmaq və Allaha qarşı çıxmasına təhrik etməkdir.

İblis (lən) buna görə Allah dərgahında and içmişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.