Maraqlı

Bred Pitt kosmosla canlı bağlantı etdi - FOTO

18 Sentyabr 2019 11:40
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur aktyor Bred Pitt NASA-nın Vaşinqtondakı qərargahından dörd aydır Beynəlxalq Kosmik Stansiyada işləyən kosmonavt Nik Heyqlə canlı danışaraq suallarına cavab alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyorun kosmos və kosmonavtın oradakı missiyası ilə bağlı suallarına Heyq havada fırlanaraq cavab verib.

Heyq ailədən uzaq olmağın çətin olduğunu qeyd edib: "Amma ən böyük şansım olduğum yerin dünyaya yaxın olmasıdır. Bu səbəbdən telefonla danışmaq və hər həftə sonu uşaqlarımla görüntülü söhbətləşmək imkanım olur".

Kosmonavt daha sonra orada necə yaşadıqlarından danışıb, missiyaları haqqında aktyora ətraflı məlumat verib, kosmosda gəzməyin və dünya ilə birlikdə fırlanmağın qeyri-adi hiss olduğunu deyib.

Yaxın zamanda nümayiş olunacaq kosmosla bağlı "Ulduzlara doğru" adlı filminə baxan Heyq aktyorun işini bəyəndiyini qeyd edib.

Qeyd edək ki, Bred Pitt Ceyms Qreyin rejissoru olduğu "Ulduzlara doğru" filmində kosmonavt rolunu canlandırıb. Filmdə, həmçinin Tommi Li Cons, Ruth Neqqa, Liv Tayler və Donald Sazerlend kimi aktyorlar da çəkilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.