Maraqlı

Transseksual model II Yelizaveta obrazında - FOTO

17 Sentyabr 2019 19:04
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Model Teodora Kuinlivan hələ 16 yaşı olanda cinsiyyətini dəyişərək özünü qadın etdirib. Buna baxmayaraq Teodora modellik biznesinə son qoymayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu günlərdə model "Paper" dərgisi üçün kamera qarşısına keçib. O, şahzadə II Yelizavetanın obrazını canlandırıb.

Teddi "Chanel" brendinin siması seçilən ilk transseksual model olub. 25 yaşlı model bu haqda eşidəndə göz yaşlarını saxlaya bilmədiyini etiraf edib:

"Həyatım boyunca ancaq mübarizə apardım. Hamı mənə lağ edirdi, sinif yoldaşlarım öldürməklə hədələyirdi. Atam məni döyürdü. İndiki qələbəmə dəyərmiş".

Bir neçə dəfə "Chanel"in dəfilələrinə qatılan Kuinlivan bu dəfə şahzadənin obrazı ilə gündəmə gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.