Maraqlı

Xərçəng xəstəliyinə aparan 5 sübut olunmuş səbəb

16 Sentyabr 2019 21:05
0 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Səhiyyə Nazirliyinin baş mütəxəssisi tanınmış onkoloq Andrey Kaprin xərçəngin elm tərəfindən  sübut olunmuş səbəbləri haqqında danışıb.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, mütəxəssis 5 səbəbi açıqlayıb:

- siqaret şəkmək

- spirtli içkilərin qəbulu

- insan papilloması virusu

- azhərəkətli həyat tərzi

- emal olunmuş ətin (sosiska, kolbasa və s.) həddindən artıq miqdrada istehlakı.

Mütəxəssis vurğulayır ki, xoşbəxtlikdən bütün bu riskləri minimum çatdırmaq mümkündür. Bunun üçün insan siqaret və içkidən imtina etməli, daha hərəkətli olmalı, qidalanmadan emal olunmuş əti çıxartmalıdır.

İnsan papilloması virusuna gəldikdə isə bu virusa qarşı peyvənd hazırlanıb və bir çox Avropa ölkələrində illərdir ki, tətbiq olunur və artıq nəticələr verməyə başlayıb.

Nəzərinizə çatdıraq ki, papillomavirus qadınlar arasında ən yayılmış xərçəng növü sayılan uşaqlıq boynu xərçənginin əsas səbəbidir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.