Maraqlı

“Sinəm çox kiçikdir?” - Jurnalist şahzadə haqda şok sirləri açdı

16 Sentyabr 2019 20:29
2 Şərh     Baxış: 1 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vogue" jurnalının redaktoru Nikolas Koleric "İşıqlı illər" adlı məqaləsində Uelsin mərhum şahzadəsi Diana haqda ilginc faktları açıqlayıb.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Koleric 1996-cı ildə Diananın "The Daily Mirror" qəzetində çılpaq fotosunun yayımlanmasından bir neçə gün sonra onunla nahar yeməyində görüşdüyünü yazıb.

Məqalə müəllifinə görə, Uels şahzadəsi Diananın o dönəmdə 14 yaşı olan oğlu şahzadə Uilyam anasının İspaniya tətilində çılpaq fotosunun çəkilməsi səbəbindən çətin günlər yaşayıb.

İngilis jurnalist qeyd edir ki, Uilyam fotonun yayılmasından sonra anasına zəng edərək sinəsinin kiçik olmasına görə dostlarının onu ələ saldığını deyib.

Yemək vaxtı bu haqda Diana ilə danışdığını bildirən Koleric yazıb:

"Nikolas, səndən bir şeyə soruşa bilərəm? Xahiş edirəm, dürüst ol amma. "Daily Mirror"dakıı fotomu gördün? O, (şahzadə Uilyam) çox üzülmüşdü. Bəzi dostları sinəmin çox kiçik olduğunu deyərək, onu ələ saldıqlarını deyir. Səncə, sinəm çox kiçikdir?".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.