Maraqlı

Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amil

17 Sentyabr 2019 07:31
0 Şərh     Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O kəslər ki, insanlıq ardıncadırlar, gərək insanlığın təcəllisini Kərbəla hadisəsində axtarsınlar. Tarix boyu bir çoxları bu hadisəni zəiflətməyə cəhd etmişdilər. Ancaq bu hadisə öz təsirini itirməmişdir. Günü-gündən daha da artmaqdadır.

Bu inqilaba təsir qoyan amillər - iradə və İlahi təqdir idi. Allah bu hadisənin vasitəsilə dünya azadilərinə insanlığın, məhəbbətin, səbir və müqavimətin, izzət və şərəfin nümunələrini nümayiş etdirməyə çalışmışdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Allah günəşin qarşısını alan maneələri aradan qaldırdı və Öz nurunu qalib etdi. İmam Hüseyn (ə) Allah nurundan idi və Allahın nuru qalıcı oldu.

İmam Hüseynin (ə) ixlas və bəsirəti Aşura qiyamının ikinci amili olmuşdur. Bu iki amil sayəsində Kərbəla hadisəsi qalıcı və cavidan oldu. Bəsirət odur ki, hədəfini itirməyəsən və Kərbəla hadisəsi buna bariz nümunədir. Əslində Aşura hadisəsi bəsirət və ixlasın təcəllisi idi.

Aşura qiyamının qalıcı olmasına səbəb olan üçüncü amil isə bu qiyamın nicat verən olması idi. İmamın (ə) hədəfi - ümmətini zalımın əlindən xilas edib, ona nicat vermək olmuşdur. Hər kim nicat gəmisinə minər, xoşbəxt olar

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.