Maraqlı

İmam Hüseynin (ə) haqqını tanıyıb, onu ziyarət edənin savabı

17 Sentyabr 2019 07:41
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əbul-Qasim Cəfər ibn Muhəmməd ibn Qavləveyh Qummi öz sənədləri ilə nəql edir. Harun ibn Xaricə İmam Sadiqə (ə) dedi: "Bəziləri rəvayət edirlər ki, İmam Hüseyni (ə) ziyarət edən şəxsə həcc və ümrənin savabı vardır".

İmam (ə) buyurdu: "Allaha and olsun ki, kim onun haqqını tanıyaraq ziyarət etsə, həmin şəxsin keçmiş və gələcək günahları bağışlanar".

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Hüseyn ibn Muhəmməd Qummi İmam Museyi-Kazımdan (ə) nəql edir: "İmam Hüseynin (ə) haqqını, hörmətini və vilayətini tanıyaraq Fərat çayı sahilində onu ziyarət edənin ən aşağı savabı - keçmiş və gələcək günahlarının bağışlanmasıdır".

İbn Muskan İmam Sadiqdən (ə) nəql edir: "Kim İmam Hüseyni (ə) haqqını tanıdığı halda ziyarət etsə, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar".

Bu barədə başqa sənədlərlə də hədislər nəql olunmuşdur.

(Mənbə: "Kamiluz-Ziyarat", 54-cü bab)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.