Maraqlı

İmam Hadinin şeiri zalım xəlifəni niyə ağlatdı?

17 Sentyabr 2019 08:01
1 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu dünyada yaşayan hər bir insan bilir ki, gec və ya tez dünyadan gedəcəkdir və ölüm onun da qapısını döyəcəkdir.

Ancaq dünyanın yalançı bər-bəzəyi və dünya nemətlərinin aldadıcı şirinliyi o qədər güclüdür ki, insana ölümü unutdurur. İnsan belə düşünməyə başlayır ki, bu dünyada əbədi olaraq qalacaqdır. Əzizlərini itirən zaman bir qədər özünə gələr, ancaq zaman keçəndən sonra yenə əvvəlki əqidəsini davam etdirər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  insan əzizlərini itirən zaman gözünün önündə olan pərdələr kənara çəkilər və o, həqiqəti görməyə başlayar. Dünyanın nə qədər vəfasız olduğuna şahid olar. Ancaq elə ki, adi həyatına geri qayıdar, gözünün önünə yenə pərdə çəkilər. Nəticədə bir heyvandan fərqi olmaz. Yeyər, içər, əylənər və uzun mənasız arzulara malik olar.

Əlbəttə, hər kəs belə deyildir. Həqiqi möminlər bu cür təfəkkürdən uzaq insanlardırlar. Onlar dünyanın bər-bəzəyinə və ləzzətlərinə qapılmazlar. Həmişə ayıq və agahlı olarlar. Dünyanı axirətə gedən körpü kimi görərlər. Başqalarını da qəflətdən ayıltmağa çalışar və insanlara həqiqəti tanıdarlar.

Hədislərin birində oxuyuruq ki, Mütəvəkkil Abbası bir dəfə İmam Hadini (ə) sarayına dəvət edir. Belə ki, xəlifəyə xəbər vermişdilər ki, guya İmam (ə) insanları toplayıb silahlandırır və onları xəlifəyə qarşı qiyam etməyə dəvət edir. Saray gözətçiləri gecə yarısı İmamın (ə) evinə daxil olurlar və görürlər ki, İmam (ə) ibadət halındadır. Təbii ki, onlar heç bir silah tapa bilmirlər. Buna baxmayaraq İmamı (ə) saraya aparırlar. Amma xəlifəyə deyirlər ki, İmamın (ə) evindən heç nə tapa bilməyiblər. Onu ibadət halında və Quran oxuyan halda görüblər.

Məlun Mütəvəkkil sarayda şərab içirdi və İmamı (ə) görən kimi ayağa qalxdı. Ağılsızlığından əlində olan qədəhi İmama vermək istədi. İmam (ə) buyurdu ki, mənim nə qanım və nə də canım bu içəcəklə tanış deyildir. Xəlifə bu sözlərdən xəcalət çəkdi və əlini geri çəkdi.

Xəlifə İmamdan (ə) xahiş etdi ki, onlara bir şeir desin. İmam (ə) isə buyurur ki, çox az şeiri xatırlayır. Mütəvəkkil təkid edəndən sonra İmam (ə) bir şeir oxudu və bu şeirin ruhani təsirindən həm xəlifə ağladı və həm də saray əhli.

İmamın (ə) oxuduğu şeirin məzmunu belə idi: "Bir dəstə var idi ki, möhkəm qalalar tikmişdilər. Güclü əsgərlər bu qalanı qoruyurdu. Ancaq bu qalaların onların halına faydası olmadı. Bir müddət sonra bu izzətdən zəlil hala düşdülər. Qəbirlərdə sakin oldular. Onları dəfn edəndən sonra carçı car çəkirdi: "Əllərindəki qızıl biləkliklər, taclar və zinətlər hara getdi? Hara gedib o sifətlər ki, dünyanın bər-bəzəyindən gülürdü?!".

Bəli, uzun zaman yedilər və içdilər. Ancaq bu gün onların hamısı qəbir evindədirlər".

Beləliklə deyə bilərik ki, insan ölümü bir çox amillərə görə unudur. Onların içində ən təsirli olan amil isə dünya sevgisi və dünyanın bər-bəzəyinə məftun olmaqdır. Çox təəssüf ki, insanların əksər hissəsi məhz bu amilə görə ölümü unudur və günah etməyə davam edirlər. Tövbəni isə ölüm anına saxlayırlar. Halbuki, bilmirlər ki, ölüm anında edilən tövbə qəbul olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.