Maraqlı

Çəkisizlik xərçəng hüceyrələrini məhv edir

17 Sentyabr 2019 08:41
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sidney Texnologiya Universitetinin mütəxəssisləri yaxın zamanlarda gözlənilməz bir kəşflə bölüşüb. Onlar iddia edir ki, çəkisizlik xərçəng hüceyrələrini məhv edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  təcrrübə nəticələrinə əsasən, çəkisizlik kamerasında, mikroqravitasiya zamanı, yumurtalıq, sinə, burun və ağciyər xərçəngi hüceyrələrinin 80-90% məhv olmuşdur. Aşağı cazibə qüvvəsinin orqanizmə təsirini nəzərə alaraq, Mərkəzi Kosmik Stansiyasında aparılan çoxsaylı təcrübələrə əsasəan, mütəxəssislər xərçəng hüceyrələrinin sıfır ağırlıqda necə davrandığının incəlikləri, son vaxtlara qədər tam olaraq araşdırılmamışdır.

Tədqiqatçı Coşuya Çou, laboratoriya şəraitində mikroqravitasiya stimulyator mövzusunu araşdırmağa qərara almışdır. Alimlər 24 saat ərzində çəkisizlik şəraitində sinə, burun və ağciyər xərçəngi hüceyrələrinin fəaliyyətini yoxlamışdır. Nəticədə onların 80-90% məhv olması aşkar edilmişdir. Alimlər hesab edir ki, buna səbəb hüceyrələrarası əlaqələrin kəsilməsi olmuşdur.

Tədqiqatçı əlbəttə ki, xəstələrin orbitə göndərilməsini demir. İlk olaraq o, hüceyrələr üçün, mikroqravitasiyanın mexaniki təsirini modelləşdirən xususi dərmanlar hazırlamağa qərar vermişdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.