Maraqlı

Karbondioksiddən maye yanacaq əldə edildi

17 Sentyabr 2019 08:05
0 Şərh     Baxış: 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rays Universitetinin araşdırmaçıları karbondioksidi maye hala gətirib yanacaq olaraq istifadə edilməsinin bir yolunu tapdı. Beləcə atmosferdəki karbondioksid axınını heç olmasa dayandırmaq mümkün ola biləcək.

İqlim böhranında ən əhəmiyyətli faktorlardan biri karbondioksid axınıdır. Təməl olaraq atmosferə nə qədər çox karbon atsaq, o qədər çox karbondioksid meydana gəlir. Nə qədər karbondioksid olarsa, o qədər istiləşmə deməkdir. Nə qədər istiləşmə o qədər buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi, həmçinin tənəffüs edilə biləcək havanın azalmasıdır.

Rays Universitetinin araşdırmaçıları karbondioksidi elektrokatalist köməyiylə maye hala gətirərək uyğun qiymətli və məhsuldar bir yanacaq halına saldı. Alimlərin apardıqları araşdırma ilə karbondioksidi formik turşuya çevirdilər.

Araşdırmaçılardan Haotian Vanq bu barədə belə dedi: "Formik turşu bir enerji daşıyıcıdır, elektrik çıxara bilən və karbondioksid çıxaran yanacaq hüceyrəsidir".

Araşdırmaçı həmçinin digər kimyəvi maddələri bəsləməsi baxımından kimya mühəndisliyində əhəmiyyətli rol oynayan bu quruluşun, bənzər bir həcmdəki hidrogen qazından 1000-qat daha çox enerji yığa bildiyini söylədi. Araşdırma, Nature Energy jurnalında nümayiş olundu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.