Maraqlı

Apple şirkəti yeni biometrik identifikasiya texnologiyası üzərində çalışır

16 Sentyabr 2019 08:41
0 Şərh     Baxış: 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələcək iPhone modellərində tamamilə yeni dizayndan əlavə olaraq ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasının olacağı gözlənilir. Lakin məlum olub ki, Apple şirkəti həmçinin öz cihazları üçün tamamilə yeni biometrik identifiksiya üsulu üzərində çalışır.

Milli.Az technote.az-a istinadən bildirir ki, şirkət yeni identifikasiya üsulunun patentini əldə edib. Bu barədə Appleinsider saytı xəbər verib. Şirkətin əldə etdiyi yeni patentdə istifadəçinin şəxsiyyət identifikasiyasının əl ovucu vasitəsilə reallaşdırılması əks olunub.

    Həmin texnologiya şirkətin məhsullarında olan Tocuh ID texnologiyasının prinsipi əsasında çalışır. Lakin yeni texnologiya istifadəçi barmağının təsviri yerinə ovucda olan qan damarlarının unikal strukturunu skan edir. Texnologiyanın patentdəki təsvirinə əsasən smartfonun ekranı bir neçə laydan və foto diodlardan ibarət olmalıdır. Foto diodlar isə infraqırmızı işığı əks etdirərək qan damarlarını təyin edə bilirlər. Skan prosesinin yüksək dəqiqliyinin təmin olunması üçün həmçinin görünən spektrin işığından da istifadə edilir. Bu yeni identifikasiya üsulu həmçinin istifadəçinin səhhətinin monitorinqində də istifadə oluna bilər. Məsələn qan damarlarının skan olunması damar şişkinliklərini, trombları və ya digər problemləri aşkar edə bilər.

    Maraqlısı ondadır ki, skan prosesi hətta istifadəçinin cihazdan istifadə etdiyi müddətdə də reallaşdırıla bilər. Ənənəvi olaraq qeyd etmək lazımdır ki, bu cür texnologiyanın patentinin əldə olunması o demək deyil ki, şirkət bu texnologiyanı öz məhsullarında dəqiq şəkildə reallaşdıracaq. Lakin onu da qeyd etmək lazımdır ki, şirkət son zamanlarda alıcıların səhhət məsələsinə çox fikir verir. Buna sübut olaraq Apple Watch smart saatlarındakı yeni özəllikləri gətirmək olar. Buna görə də bu yeni biometrik identifikasiya texnologiyasının reallaşdırılma şansı çox böyükdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.