Maraqlı

Məşhur aktrisa qadınlar haqqında ilk möhtəşəm filmdən danışıb

13 Sentyabr 2019 19:04
0 Şərh     Baxış: 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika aktrisası Meril Strip Luiza Mey Olkottun "Balaca qadınlar" romanının ekranlaşdırılması barədə fikirlərini söyləyib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aktrisa öz fikirlərini Toronto kinofestivalında bölüşərək deyib: "Ssenarisi qadının ərsəyə gətirdiyi roman əsasında qadın tərəfindən yazılmış bu film qadın nöqteyi-nəzəri ilə qadın tərəfindən qadınlar haqqında çəkilən həqiqətən ilk möhtəşəm epik filmdir. Filmdəki kişilər də əladırlar". Aktrisa əlavə edib ki, film tamaşaçılara tamamilə fərqli süjet təqdim edəcək.

Filmin rejissoru "Ledi Berd" filmini ekranlaşdırmış Qreta Gervinqdir. Filmdə Sirşa Ronan, Emma Uotson, Elayza Skenlen, habelə Timoti Şalame və Meril Strip çəkiliblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.