Maraqlı

“5G” və süni intellekt işçilərin ixtisasının artırılması üçün istifadə ediləcək

14 Sentyabr 2019 08:31
0 Şərh     Baxış: 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nokia", "NTT DoCoMo" və "Omron" şirkətləri müəssisələrdə beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) və süni intellekt texnologiyasından istifadə etmək qərarına gəliblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, məlumata görə, "Nokia" iri telekommunikasiya avadanlığı istehsalçısıdır, "NTT DoCoMo" Yaponiyada oxşar bizneslə məşğul olur, "Omron" brendi isə sənaye qurğularının avtomatlaşdırılmasında ixtisaslaşıb. Onlar süni intellekt əsasında işçiləri ümumi izləmə sistemi yaradacaqlar. Süni intellekt kamera və səs ötürücüləri vasitəsilə əməkdaşların işinin səmərəliliyini real vaxt rejimində analiz edəcək.

Daha sonra süni intellekt nəticələrdən asılı olaraq işçiləri qruplara böləcək, eləcə də uğurlu və uğursuz əməkdaşlar arasında fərqi müəyyənləşdirəcək. Belə sistemin təmini üçün yüksəksürətli stabil internet bağlantısı tələb olunacaq. Bu səbəbdən yeni nəsil "5G" şəbəkəsindən istifadə planlaşdırılır.

Texnoloji brendlər tərəfindən işçilərin hərəkətləri, onların baxış istiqaməti, əzələ qruplarının zəiflik və ya gərginliyi və bir əməkdaşın digərindən hansı səbəbə görə effektiv işləməsi ilə bağlı sualı cavablandıran digər istənilən göstəricilər təhlil olunacaq. Süni intellektin məşğul olacağı digər vacib vəzifə iş zamanı yaranan səs-küyün insanların söhbətlərindən ayrılması olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.