Maraqlı

iPhone X və iPhone 11 Pro ilə çəkilən şəkil fərqi

14 Sentyabr 2019 08:55
0 Şərh     Baxış: 2 192
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple yeni iPhone 11 və iPhone 11 Pro smartfonlarını təqdim etdi. Ən çox maraq yaradan xüsusiyyət isə gecə rejimidir. Bu xüsusiyyət texniki olaraq Google Pixel-in gecə vizyonu rejiminə bənzəyir. 

Milli.Az chip.az-a istinadən bildirir ki, Kanadalı model və Nomad Business Modeling Agency-nin qurucusu Coco Rocha, iPhone 11 və iPhone X-in kameralarının gecə rejimini müqayisə edən bir neçə fotoşəkil yayımlayıb.

Şəkillər arasında olduqca böyük fərq var. iPhone 11 ilə çəkilən fotoşəkil daha aydındır. iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max hamısı gecə rejimini dəstəkləyir. Bu rejim flaş istifadə etmədən təbii, parlaq şəkillər hazırlamağa imkan verir. Bu rejimi mümkün edən şey, iPhone-nun yeni kamera cihazıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.