Maraqlı

Arxeoloqlardan yeni tapıntılar: ibtidai insanların...

13 Sentyabr 2019 19:19
0 Şərh     Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Tel-Əviv Universitetinin alimləri müəyyən ediblər ki, 400 min il əvvəl -erkən paleolit dövründə Aşel mədəniyyətinə aid Levanta ərazisində yaşamış ibtidai insanlar həmin dövrdə olduğundan daha mükəmməl əmək alətlərindən istifadə ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, arxeoloqların tapıntıları əsasında hazırlanmış tədqiqat materialı Phys.org saytında yerləşdirilib.

Alimlər sübut ediblər ki, Aşel insanları daha mükəmməl əmək alətləri hazırlaya biliblər. Onlar böyük alətləri də cilalamağı bacarıblar. Belə ki, arxeoloqlar Revadim kənd təsərrüfatı kommunasında kiçik erkən paleolit dövrünə aid çaxmaq daşı və kiçik hissəciklər aşkar ediblər. Bu ərazidə əvvəllər də müxtəlif artefaktlar, o cümlədən baltalar, heyvan cəsədlərinin qalıqları tapılıb.

Tədqiqatçılar çaxmaq daşından düzəldilmiş 228 məmulatı analiz edərək belə qənaətə gəliblər ki, onların yaşı 300-500 min il arasındadır. O da məlum olub ki, bu alətlərin hamısı konkret məqsədlər üçün, məsələn, ətin doğranması, heyvan dərisinin soyulması və s. istifadə olunub. Hətta heyvanların iç orqanlarını çıxarmaq üçün də məxsusi alətlər düzəldilib. Professor Ran Barkay bildirib ki, Aşel mədəniyyəti dövründə bu ərazidə yaşamış ibtidai insanlar heyvan ovunda da xüsusi alətlərdən istifadə ediblər. Onlar hətta filləri ovlayaraq cəsədin soyulub parçalanması prosesində daha iti və böyük alətlərdən istifadə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.