Maraqlı

Dollar üçün NÖVBƏTİ ŞOK: 2020-ci ildən...

13 Sentyabr 2019 15:23
1 Şərh     Baxış: 10 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya bu il xarici borcları daha cəlb etməyi planlaşdırmır.

Milli.Az xəbər verir ki, bunu Rusiyanın maliyyə naziri Anton Siluanov bildirib.

"Borcu dollar olmayan valyutada alacağıq. Bu ilin planlarında hələlik xarici bazarlara çıxmaq yoxdur, biz öz proqramımızı artıqlaması ilə yerinə yetirdik. Növbəti il baxacağıq. Bu, mümkündür ki, yalnız avro olmasın, həm də Çin yuanı olsun", - Siluanov qeyd edib.

Daha öncə Rusiya Prezidenti Vladimir Putin dünyada dollara olan etibar azaldığını bildirmişdi. Onun sözlərinə görə, bunun günahı elə ABŞ hakimiyyət orqanlarının üzərinə düşür. Rusiya prezidenti əlavə edib ki, hazırda regional valyutaların rolu artır.

Qeyd edək ki, ABŞ-ın son dövrdə dollar üzərindən dünya ölkələrinə iqtisadi təzyiqləri gücləndirməsi onlar dollardan asılılğı azaltmaq yollarını axtarmağa vadar edib. Bu yollardan biri də ikitərəfli əlaqələrdə milli valyutalarla ticarətin edilməsidir. Artıq Çin, Rusiya, İran və Türkiyə arasında bu istiqamətlərdə müəyyən razılaşmalar əldə olunub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.