Maraqlı

İngiltərədə universitetdən məzun olan xarici tələbələr daha iki il ölkədə qala biləcəklər

13 Sentyabr 2019 00:45
0 Şərh     Baxış: 1 094
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərədə universitetdən məzun olan xarici tələbələr daha iki il ölkədə qala biləcəklər. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yeni qanuna əsasən, İngiltərədə təhsil alan xarici tələbələrin məzun olduqdan sonra iş tapması üçün ölkədə qalmalarına icazə verilib və viza müddəti dörd aydan iki ilə qədər artırılıb. Bu qanuna görə, yeni məzunlar təhsil aldıqları sahələrdən asılı olmayaraq iş üçün müraciət edə biləcəklər.

Baş Nazir Boris Conson bu addımın tələbələrin potensiallarını ortaya çıxarmalarına və İngiltərədə iş tapmalarına kömək olacağını söyləyib.

Bu addımın atılmasına səbəb isə beynəlxalq tələbələrin İngiltərə universitetlərinə qəbul nisbətinin azalmasından sonra baş verib.

Xatırladaq ki, ölkənin sabiq Baş Naziri Tereza Mey 2012-ci ildə Daxili İşlər naziri olduğu zaman immiqrasiya qanununa dəyişiklik edilmişdi. Tereza Mey o zaman bu müddətin artırılmasının əleyhinə olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.