Maraqlı

Bu ölkədə ata olan şəxslərə 14 günlük məzuniyyət veriləcək

13 Sentyabr 2019 08:33
3 Şərh     Baxış: 1 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrədə ata olan kişilər iki həftəlik məzuniyyət alacaq. Buna ölkənin Milli Şurası səs verib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vaxt ərzində onlar həyat yoldaşlarına yeni doğulmuş körpəyə baxmaqda kömək edə biləcək.

Qanun layihəsinin lehinə 129 nəfər, əlehinə isə 62 nəfər səs verib. Jurnalistlərin sözlərinə görə, ideyaya 20 il və parlamentdə 30-dan çox təşəbbüs tələb olunub.

Qeyd edək ki, Avropa Şurası üzv ölkələrinin bir çoxunda atalıq məzuniyyəti var. Onlar bir-birindən davamlılıq müddəti və verilən müavinətin miqdarı ilə fərqlənir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.