Maraqlı

Həzrət Əbülfəzl Abbasın həyat yoldaşı kim olmuşdur?

16 Sentyabr 2019 22:45
0 Şərh     Baxış: 1 296
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Abbas İmam Əlinin (ə) Ümmül-bənin adlı qadınla izdivacından doğulan 4 oğuldan birincisidir. O, hicri 26-cı ildə dünyaya gəlmişdir. Həzrət Abbas atasının şəhadətindən sonra, İmam Həsənin (ə) imaməti dövründə, təqribən 20 yaşında ikən ailə qurmuşdur. Həzrət Abbasın həyat yoldaşı - Peyğəmbərin əmisi oğlu, məşhur Quran təfsirçisi Abdullah ibn Abbasın qızı Lübabədir. Lübabə imanlı və savadlı bir qadın idi. Onların izdivacından Übeydullah adlı oğul doğuldu.

Milli.Az islam.az-a istinadən bildirir ki, bəzi məlumatlara görə, onların Fəzl adlı başqa bir oğulları da olub ki, Həzrət Abbasa buna görə Əbül-Fəzl künyəsi ilə müraciət edilirmiş. Bəzi mənbələrdə yazılıb ki, Kərbəla faciəsindən sonra Lübabə İmam Həsənin (ə) oğlu Zeydə ərə getmiş və onların Nəfisə adlı qızı olmuşdur. Bu izdivacdan Həsən adlı daha bir övladın da doğulduğunu yazırlar.

Bəzi mənbələr Həzrət Abbasla Lübabənin 4 oğlunun olduğunu, bunlardan bir neçəsinin, hətta hamısının Kərbəlada şəhid olduğunu xəbər vercə də, bu məlumatlar mötəbər sayılmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.