Maraqlı

Əbu Abdullah kim olub?

17 Sentyabr 2019 21:40
0 Şərh     Baxış: 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hədis kitablarının özünəməxsus üslubu var. Onları anlamaq üçün müəyyən terminləri və rəmzləri (şifrləri) bilmək lazımdır. Bəzən sənəd zəncirindəki şəxsin adı ləqəb və ya künyə şəklində göstərilir.

Milli.Az islam.az-a istinadən bildirir ki, bunları ayırd etmək, eyni və fərqli raviləri ayırmaq rical, cərhü-tədil, dirayə kimi xüsusi elmlərin mövzusudur. Şiə hədis kitablarında iki məsum imam "Əbu Abdullah" künyəsi ilə göstərilir. Bunlar İmam Hüseyn (ə) və İmam Cəfər Sadiqdir (ə). Daha çox İmam Sadiq (ə) bu künyə ilə xatırlanır. Hədisin sənəd zəncirinin ilk halqasında "Əbu Abdullah" künyəsi verilmişsə, əksər hallarda burada İmam Sadiqin (ə) nəzərdə tutulduğu qəbul edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.