Maraqlı

Bidəti-həsənə nə deməkdir?

16 Sentyabr 2019 23:55
0 Şərh     Baxış: 961
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bidət "yenilik" deməkdir. Peyğəmbərin zamanında olmayan, sonradan meydana çıxan hadisə və fikirlərə bidət deyirlər. Bəzi alimlər bidəti iki növə ayırır: bidəti-həsənə (yaxşı bidət) və bidəti-seyyiə (pis bidət). Adətən, dini mətnlərdə, fətvalarda və xalq dilində bidət deyərkən, mənfi mənada bidəti-seyyiə nəzərdə tutulur. Bidəti-həsənə isə, İslamın təməl prinsiplərinə zidd olmayan, müsəlmanların xeyrinə və məsləhətinə uyğun olan hadisə və fikirlərə deyilir.

illi.Az islam.az-a istinadən bildirir ki, məsələn, Peyğəmbərin zamanında Qurani-kərimin hərflərinə nöqtə və hərəkə qoymaq ehtiyacı yox idi, oxumağı bacaran ərəblər bunsuz da Quranı mükəmməl oxuya bilirdilər. Amma sonralar Qurana nöqtə və hərəkələr, təcvid əlamətləri qoyuldu. Peyğəmbərin zamanında məscidlərin minarəsi yox idi, təxminən yüz il sonra ilk minarələr tikildi. Peyğəmbərin vaxtında möhür düzəltməyə ehtiyac yox idi, müsəlmanlar torpağın üzərinə səcdə edirdilər. Daha sonralar səcdə üçün torpaqdan möhür düzəltməyə başladılar. Bunlar bidəti-həsənə qismindən sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.