Maraqlı

Kəbin kəsilərkən qızla oğlanın iştirakı da vacibdirmi?

16 Sentyabr 2019 23:20
0 Şərh     Baxış: 839

Kəbində qızla oğlanın iştirakı vacib deyil, amma bu qadağan da deyil. Vacib olan budur ki, qızın və atasının (əgər qız bakirədirsə) razılığı kəbin kəsdirən adama bəlli olsun. Kəbində istənilən sayda adam iştirak və şahidlik edə bilər. Amma bu, vacib deyil. Hətta oğlan və qız kəbinə razı olduqlarını və öz şərtlərini çatdırmaq üçün bir nəfəri özlərinə vəkil seçə bilərlər. Bu adam hər iki tərəfın adından vəkil olaraq ruhaninin yanında kəbini kəsdirə bilər. Qızın (əgər bakirədirsə) atasının razılığını da ruhaniyə o çatdıra bilər. Hətta ruhaninin özü də qız və oğlan tərəfdən vəkil edilərək kəbini kəsə bilər. Başqa kiminsə iştirakı tələb olunmur. Hərçənd ki, hər tərəfdən ağsaqqalların kəbin mərasimində iştirakı və şahidliyi bəyənilən bir hərəkət kimi dəyərləndirilir. Bunlar cəfəri məzhəbinə aid olan hökmlərdir. Sünni məzhəbində kəbin zamanı iki nəfər ədalətli şahidin iştirakı vacibdir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.