Maraqlı

Əxlaq kitablarında rast gəlinən “ücb” sözünün mənası nədir?

17 Sentyabr 2019 21:10
0 Şərh     Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ücb müsəlmana yaraşmayan mənfi xüsusiyyətlərdən biri, təvazönün ziddidir. Bir kəsin özünü hamıdan üstün tutmasına, başqalarını özündən əskik bilməsinə, özünün bütün nöqsanlarına göz yumub, öz şəxsiyyətinə pərəs¬tiş etməsinə ücb deyilir. Quran ayələri və hədislər ücbü tənqid edir.

Məsələn, Qurani-kərimdə xatırlanır ki, Hüneyn savaşına gedərkən bəzi müsəlmanlar öz say çoxluqlarına arxayın olub lovğalandılar, amma qəfil pusqu nətıcəsində az qala məğlub olacaqdılar: "Allah sizə çox yerlərdə, həmçinin, Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi ücb halına gətirsə də, bir faydası olma¬dı, gen dunya sizə dar oldu, sonra dönüb qaçdınız" (Tövbə, 25). Ücb insanı təkamül yolundan uzaqlaşdırır, onu əxlaqi gözəlliklərdən məhrum edir, dünyagörüşünü məhdudlaşdırır, ətrafdakılarla münasibətini pisləşdirir, insanı dar və qapalı bir çərçivəyə salır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.