Maraqlı

Oskar laureatı yeni filmə çəkiləcək

11 Sentyabr 2019 08:20
0 Şərh     Baxış: 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı aktyor Tom Xenks "Paramount Pictures" kompaniyasının yaratdığı filmdə 1960-cı illərdə populyarlıq qazanan oyuncaq-kosmonavt rolunu canlandıracaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Oskar laureatı Tom Xenks filmdə baş rolda çıxış edəcək. Onun qəhrəmanı 1960-cı illərdə Mattel kompaniyasının yaratdığı Mett Meyson adlı bir oyuncaqdır.

Məlumatda bildirilir ki, süjet xətti Maykl Çabonun əsəri əsasında qurulacaq. Film üçün ssenarini əvvəllər Xenkslə "Da Vinci Code" filmində əməkdaşlıq etmiş Akiva Qoldsman yazacaq.

Filmin qəhrəmanı Mett Meyson adlı ayda çalışan bir zabitin başına gələnlərdən bəhs edir. Onunla bərabər orada komandanın digər üzvləri və yadplanetlilər yaşayır. Qəhrəman ötən əsrin 60-cı illərində SSRİ və ABŞ arasında gedən kosmik yarışma nəticəsində populyarlıq qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.