Maraqlı

Mixalkov Oskarı incəsənətə aid olmayan, siyasiləşdirilmiş bir mükafat hesab edir

11 Sentyabr 2019 07:41
2 Şərh     Baxış: 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Kinematoqrafçılar Birliyinin sədri, Amerika Kino Akademiyasının kinematoqrafiya sənəti və elmləri üzrə Oskar mükafatçısı, rejissor Nikita Mixalkov son zamanlar bu mükafatların incəsənətə aid olmadığını, siyasiləşdirilmiş bir addım olduğunu düşünür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl rus filmlərini akademiyaya təqdim edən, Rusiyanın Oskar komitəsinin sədri, rejissor Vladimir Menşov akademiyanın islahata ehtiyacı olmadığını bildirmişdi.

"Mən o qədər sözügedən akademiyaya inanmıram ki, onun islahatlar aparmasını heç düşünmürəm. Bununla yanaşı, Rusiyanın Oskar komitəsinə də etibarım yoxdur. Çünki siyasi şəraitə uyğun olmayan qərarların verilməsi heç bir uğur gətirməyəcək", - deyə N.Mixalkov qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.