Maraqlı

Həbibin papağı Rusiyada trendə çevrildi

11 Sentyabr 2019 06:30
1 Şərh     Baxış: 3 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UFC çempionu Həbib Nurməhəmmədovun "Qafqazda yalnız kişilər papaq geyə bilər, çünki şərəfə sahibdirlər" açıqlamasından sonra qadınlar sosial şəbəkədə flaşmob təşkil ediblər.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, onlar kişilərlə birlikdə milli baş geyimində olduqları fotolarını sosial şəbəkələrdə paylaşıblar.

İrina Kosterina adlı bir istifadəçi, fleşmob üçün "Papaqda qadındır, Həbib deyil" başlığı altında paylaşıb.

Diğər qadınlar isə onu dəstəkləyərək, Nurməhəmmədovu lağa qoyublar:

"Biz kişilər hər zaman papaq geyirik", - deyə fikir bildiriblər.

Qeyd edək ki, sentyabrın 7-də Nurməhəmmədov UFC 242 turnirində boğucu fənd tətbiq edərək Dustin Porye üzərində qələbə qazanıb.

Qələbədən sonra o, papağını taxaraq, onu dəstəkləyən bütün fanatlarına təşəkkürünü bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.