Maraqlı

Kosmosdan gələn sirli siqnallar qeydə alındı

9 Sentyabr 2019 18:54
0 Şərh     Baxış: 1 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada ən böyük sferik radioteleskopla işləyən Çin astronomları tez-tez təkrar olunan sürətli radiodalğaların siqnallarını (Fast Radio Bursts) - qeydə alıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onlar bu siqnalların Yer kürəsindən 4 milyard işıq ili uzaqlıdan gəldiyini ehtimal edirlər.

Çinin Elmlər Akademiyası yanında astronomiya rəsədxanalarının mütəxəssisləri bildiriblər ki, siqnallar 500 metr aperturası olan dünyanın ən böyük sferik radioteleskopu tərəfindən qəbul edilib, diqqətlə yoxlanılıb və təhlil olunub.

Qeyd olunub ki, 500 metr aperturası olan dünyanın ən böyük sferik radioteleskopu, başqa adı ilə FAST, Çinin cənubundakı Quyçjou əyalətinin yüksək dağlarında quraşdırılıb. Sürətli radiodalğaların siqnallar bir neçə milli saniyə uzunluğunda radioimpulslardan ibarətdir. Alimlər bugünədək onların xassələrini müəyyən edə bilməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.