Maraqlı

Nadinc uşaqlar niyə aqressiv olur? - SƏBƏBİ AÇIQLANDI

22 Sentyabr 2019 21:59
0 Şərh     Baxış: 1 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sözə qulaq asmayan uşaqlar yetkinlik yaşına çatanda yuxusuzluğa məruz qalırlar.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Avstraliyadan olan tədqiqatçılar bu nəticəyə gəliblər ki, yuxu qaydalarını gözləməyən və davranış problemləri olan narahat uşaqlar yetkinlik yaşına çatdıqda yuxusuzluqla tez-tez qarşılaşırlar.

Aparılan təcrübədən məlum olub ki, yuxusuzluqla daha çox, beş və ya on yaşlarında davranış problemlərinin müşahidə olununan uşaqlar rastlaşırlar. Belə uşaqlar ətrafdakıları yorurlar, əsəbi və narahat olurlar. Onlar həmçini vaxtında yatmağa getməkdən imtina edirlər. 
 
Alimlərin qeyd etdiyi kimi, bu gün yuxusuzluqdan demək olar ki, hər üçüncü şəxs əziyyət çəkir. Bir çox hallarda bu, insanların fiziki və psixi sağlamlığına, eləcə də onların əmək qabiliyyətinə mənfi təsir göstərə bilir. Beləliklə, yuxusuzluq təkcə ayrı-ayrı insanlar üçün deyil, bütövlükdə cəmiyyət üçün də bir problemdir. 
 
Yeni elmi işin müəllifləri hesab edirlər ki, alınan məlumatlar bu problemin təbiətini anlamaq və onunla daha effektiv mübarizə aparmağa kömək edəcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.