Maraqlı

Redmi Note 8 və Redmi Note 8 Pro satışa çıxarılır

10 Sentyabr 2019 22:10
0 Şərh     Baxış: 1 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin brendi Redmi yaxınlarda ictimaiyyət qarşısında detalları açıqlanan Redmi Note 8 və Redmi Note 8 Pro flaqman smartfonlarının satışa daxil olduğunu xəbər verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, hələlik cihazlar yalnız Çin üçün əlçatan olsa da, bu ayın sonuna qədər qlobal bazarda satışa başlanacaq. Redmi Note 8 və Redmi Note 8 Pro, səkkiz nüvəli prosessorlar, eləcə də müxtəlif komplektləşmədə 4-dən 8 GB-dək RAM alıb. Bundan əlavə, Redmi Note 8 6,3 düym ekrana və dörd obyektivli kameraya malikdir.

Yüksək avtonomluq 4000 mAs batareya ilə təmin edilir. İstehsalçı cihazların əlçatan kateqoriyaya aid olduğunu göstərib. Yeniliyin qiyməti 140 dollardan başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.